Xərçəng, diabet, demensiyanın səbəbkarı bu bakteriya imiş –


Digərləri 14 Dek 2019 19:53:00 121 0

Xərçəng, diabet, demensiyanın səbəbkarı bu bakteriya imiş –

Hazırda dünyada geniş yayılmış diabet, xərçəng və demensiyanın bir ümumi səbəbi aşkarlanıb. Bu gözlənilməz kəşfi amerikalı alimlər qrupu tapıb.

Son.az medicina.az-a istinadən bildirir ki, bu xəstəliklərin kökündə Porphyromonas gingivalis adlı bakteriya dayana bilər. Bu bakteriya ağız boşluğunda yaşayır, damaq, diş əti və diş dibi xəstəliklər yaradır, daha sonra orqanizmə keçərək, müxtəlif orqanlarda destruktiv iltihabi proseslərə səbəb olur.

Belə ki, bu bakteriya Alsgeymer xəstələrinin beyin toxumasında aşkarlanıb.

Daha çox diş ətində Gingivit adlanan xəstəliyi törədən və insanların çoxunun ciddi qəbul etmədiyi bu bakteriya oynaqlarda artrit yaradır, damarlarda ateroskleroza səbəb olur, eləcə də diabet xəstələrinin mədəaltı vəzisində özünə yer edir, müxtəlif şişlərin daxilində aşkarlanır, qaraciyəri də zədələyir.

Porphyromonas gingivalis Bakteriyasının müxtəlif xəstəliklər yarada bilməsi siçanlar üzərində təcrübədə sübut olunub. Normada siçanlar bu bakteriyaya yoluxmur və daşıyıcısı deyil. Amma laboratoriya siçanlarına süni yolla bu bakteriyalar köçürüldükdən sonra, onlarda diş damaq iltihabı, daha sonra revmatizm, artrit, diabet, piylənmə, qaraciyər xəstəlikləri və Alsgeymer yarandı.