Əfqanıstanda hücum: 25 təhlükəsizlik işçisi öldürülüb


Dünya 14 Dek 2019 19:42:00 120 0

Əfqanıstanda hücum: 25 təhlükəsizlik işçisi öldürülüb

Əfqanıstan rəsmiləri şənbə günü bildirib ki, Taliban üzvləri şərqdə yerləşən Qazni vilayətində azı 25 təhlükəsizlik qüvvəsini öldürüb.

Təhlükəsizlik qüvvələrinin arasına sızan yeddi təhlükəsizlik işçisi cümə günü gecə saatlarında hərbi bazada digər əsgərlərə atəş açıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, rayon sədri Qulam Həbib Zerak Amerikanın Səsinə bildirib ki, hücumçular bazadan silahlar və bir hərbi maşını oğurlayaraq qaçıb, ərazidəki qiyamçılara qoşulublar. O deyib ki, hadisə zamanı azı iki əfqan əsgər yaralanıb.

Taliban yaydığı bəyanatda hücumun 32 təhlükəsizlik işçisinin ölümü ilə nəticələndiyini və döyüşçülərinin bazanı ələ keçirdiyini bildirir. Talibanın iddiaları adətən şişirdilmiş olur.

Bu həftənin əvvəli Talibanla əlaqəsi olduğu iddia olunan əfqanıstanlı polis cənubi Zabul vilayətinin Şəhr-e-Səfa rayonunda postda yeddi zabiti öldürüb. Yerli rəsmilər hücum edən şəxsin öldürülən polis zabitlərinin silahlarını alaraq yenidən qiymaçılara qoşulduğunu bildirib.

Əfqanıstan təhlükəsizlik qüvvələrinin məlumatına görə, bu il 50-dən çox qiyamçı hücumuna məruz qalıb və onlarla işçisi öldürülüb.