Şimali Koreya "mühüm sınaq" keçirib


Dünya 14 Dek 2019 19:44:00 146 0

Şimali Koreya "mühüm sınaq" keçirib

Şimali Koreya şənbə günü "etibarlı strateji nüvə yayındırıcısını" gücləndirmək üçün peyk uçuşu təsisində "mühüm sınaq" keçirdiyini bildirib.

Bu sınaq ölkənin ABŞ-a nüvə danışıqlarında güzəştə getməsi üçün tətbiq etdiyi son möhlət tarixindən bir neçə həftə öncə və uzun-mənzilli raket ilə nüvə snıqlarını bərpa etməklə bağlı hədələrini yenilədiyi vaxt aparılırb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Koreya Mərkəzi Xəbər Agentliyi şənbə günü nəyin sınaqdan keçirildiyini bildirməyib və heç bir şəkil paylaşmayıb. Lakin onlar slnağın Sohae Peyk Uçuşu Stansiyasında keçirildiyini bildirib. Şimali Koreya bir həftə öncə orada başqa "çox mühüm sınaq" keçirdiyi barədə məlumat verib. O zaman raket mühərryinin sınaqdan keçirildiyi güman edilir.

Şimali Koreya iyun ayından bəri 13 qısa və ya uzun mənzilli raketlər sınaqdan keçirib. Bəzi təhlilçilər Şimali Koreyanın yaxınlarda uzun mənzilli raket texnologiyasından istifadə edərək Sohae stansiyasından kosmosa peyk göndərəcəyini təxmin edir.

Pxenyanın Birləşmiş Millətlər Təşkilatının qətnamələri altında hər hansı balistik raket sınağı keçirməsi qadağandır, amma ölkə daha uzun mənzilli raket texnologiyasını sınaqdan keçirmək məqsədilə süni peyklər göndərib.

Şimali Koreyanın ABŞ məsələləri üzrə vitse xarici işlər naziri Ri Tae Sonq xəbərdarlıq edib ki, onun hökümətinin Birləşmiş Ştatlar üçün " Milad hədiyyəsi" olacaq və bu hədiyyə "tamamilə ABŞ-dan asılı" olacaq.

Şimali Koreya son həftələrdə ABŞ-ın rejimin tətbiq etdiyi son möhlət tarixinə əhəmiyyət verməməsi səbəbilə qəzəbini ifadə edib və təhdidlərini artırıb.