Mitsubishi yenilənmiş Mirage və Attrage modellərini təqdim edib FOTO


Digərləri 14 Dek 2019 19:01:00 125 0

Mitsubishi yenilənmiş Mirage və Attrage modellərini təqdim edib  FOTO

Mitsubishi Motors şirkəti yenilənmiş Mirage və Attrage modellərini Tailandda təqdim edib. Hər iki model Dynamic Shield üslubunda hazırlanmış "X-sifətə" malik olub. Avtomobillərin ön hissəsi daha sanballı alınıb. Yeni dizayn üslubü hetçbekin uzunluğunun 3710-dan 3845 mm artırmasına səbəb olub.

Bundan başqa, modellərin arxa bamperi də dəyişdirilib və yeni 15-düymlük təkər diskləri quraşdırılıb. Arxa fənərlərdə LED bölmələr peyda olubdur ki, daha bahalı versiyalarda ön işıq texnikası da işıqdiodlarından hazırlanır.

Son.az autograph.az-a istinadən bildirir ki, avtomobillərin salonunda baş vermiş dəyişiklik cüzi xarakter daşıyır və əsasən tərtibat materialları ilə dekora aiddir. Bundan başqa, sürücü oturacağına birləşdirilmiş daha rahat dirsəkaltı da peyda olub. Mirage və Attrage modellərinin bahalı versiyaları yeddi düymlük ekranı olan Smartphone Display Audio (SDA) multimedia sistemini əldə ediblər.

Texniki cəhətdən hər iki model dəyişilməz qalıb. Hazırda Mitsubishi Mirage və Attrage modelləri 78 at qüvvəli 1,2-litrlik üçsilindrli atmosfer mühərriki ilə təchiz edilirlər. Transmissya - 5-pilləli mexaniki ötürmələr qutusundan və ya variatordan ibarətdir.