Şantaj etdi, 50 min manat pulunu və avtomobilini aldı,


Kriminal 14 Dek 2019 17:44:00 119 0

Şantaj etdi, 50 min manat pulunu və avtomobilini aldı,

Əvvəllər Rusiyada və Azərbaycanda dəfələrlə məhkum edilmiş, hazırda Cəlilabad şəhərində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan 40 yaşlı Teymur Əhmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, odlu silah saxlaması, şantaj və hədə-qorxu ilə pul tələb etməsi barədə Cəlilabad Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, bununla əlaqədar polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə T.Əhmədov idarə etdiyi "Hyundai" markalı avtomobillə Cəlilabad şəhərində saxlanılaraq RPŞ-yə gətirilib.

Özünün və hal şahidlərinin iştirakı ilə onun avtomobilinə baxış keçirilmiş, oradan narkotik vasitə olan 455 qram heroin, 1 ədəd elektron tərəzi və balta aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə onun paytaxt ərazisindəki evində odlu silah saxlaması da müəyyən olunub.

Dərhal Bakı şəhərinə ezam olunmuş Cəlilabad RPŞ-nin əməkdaşları T.Əhmədovun yaşadığı mənzilə baxış keçirib, oradan "Kalaşnikov" markalı avtomat, içərisində 12 ədəd patron olan daraq aşkar edilərək götürülüb.