Rusiya Avropanı təhdid etdi:


Dünya 14 Dek 2019 17:54:00 108 0

Rusiya Avropanı təhdid etdi:

ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasında nəzərdə tutulmuş ballistik raketləri sınaqdan keçirməsi Avropa üçün qara gündür.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində rusiyalı senator Aleksey Puşkov paylaşıb.

"Əgər sınaqlardan sonra kontinentə ABŞ raketləri yerləşdirilsə, bu, Avropa üçün qara gün ola bilər. Raketlərin yerləşdirilməsi Avropanı Soyuq müharibənin nüvə toqquşması zamanına geri qaytaracaq", - deyə o bildirib.