Kanada şirkəti 2020-ci ildə Azərbaycanda daha bir kəşfiyyat quyusunun qazılmasına başlayacaq
İqtisadiyyat 14 Dek 2019 17:04:48 127 0
"Zenith Energy Ltd" Azərbaycanın quruda yerləşən "Cəfərli" neft yatağındakı C-30 quyusunda qazma işlərinə başlamaq üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlara başlayıb
Kanadanın beynəlxalq neft və qaz hasilatı şirkəti "Zenith Energy Ltd" Azərbaycanın quruda yerləşən "Cəfərli" neft yatağındakı C-30 quyusunda qazma işlərinə başlamaq üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlara başlayıb.
"Report""Zenith Energy"şirkətinə istinadən xəbər verir ki, kəşfiyyatquyusunun qazılmasına 2020-ci ildə başlanması nəzərdə tutulur.
Məlumata görə, C-30 quyusunda tikinti işləri artıq başa çatıb: "Kəşfiyyat quyusu qazmaq üçün ən perspektivli yerin müəyyənləşdirilməsi üçün SOCAR ilə razılaşdırılmış geoloji və texniki araşdırmalara başlanılıb".
"Biz çox maraqlıyıqC-37quyusunda aparılan əməliyyatlar zamanıqazanılan təcrübəni C-30 quyusunda gələcəkdərinləşdirmə işlərində də istifadə edək", - deyə şirkətin baş direktoru Andrea Kattaneo bildirib.
Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat 2016-cı il avqustun 11-də başlanıb.
“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.