Cəlilabad və Masallıda gənclərlə “Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda tədbir keçirilib


Sosial 14 Dek 2019 16:14:09 123 0

Cəlilabad və Masallıda gənclərlə “Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda tədbir keçirilib

Görüş Heydər Əliyevin abidəsinə ziyarət və Ulu öndərə həsr olunmuş muzey-eskpozisiya zalında gəzinti ilə başlanıb

Cəlilabad və Masallı rayonlarının Gənclərin İnkişaf və Karyera Mərkəzlərində birinci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadənin gənclərlə “Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüşü baş tutub.

"Report" xəbər verir ki, görüş Heydər Əliyevin abidəsini ziyarət və Ulu öndərə həsr olunmuş muzey-eskpozisiya zalında gəzinti ilə başlanıb.

Gənclərin “Dövlətçilik və vətəndaşlıq məsuliyyəti” dedikdə gənclər nə başa düşür?” mövzusunda çıxışlarından sonra söz fəxri qonağa verilib.

D.Seyidzadəçıxışı zamanı qeyd edib ki, Heydər Əliyev hələ 1969-cu ildə ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlişi zamanı Azərbaycanın müstəqilliyini öncədən görürdü və onun bütün siyasəti məhz bu istiqamətdə yönləndirilmişdi. İqtisadi qüdrətin artırılmasını, hərbi hazırlığa ciddi diqqət yetirilməsini, bu yöndə C. Naxçıvanski adına Hərbi məktəbin yaradılmasını və yerli hərbi kadrların yetişdirilməsi məsələsinə ayrılan diqqəti xüsusilə qeyd etmək lazımdır. Sadalanan və görülən işləri Ulu Öndər öncədən gördüyü ölkə müstəqilliyi uğrunda edib.

Daha sonra fəxri qonaq mərhum prezidentimizin növbəti dəfə hakimiyyətə gəlişi, 1990-cı il 20 yanvar hadisələri baş verən zaman Moskvada çıxışı,ardınca isə Azərbaycana geri dönməsi, Naxçıvana gəlişi və ilk dəfə orada Azərbaycanın üç rəngli bayrağını yüksəltməsi, 1993-cü il Azərbaycanda hakimiyyətə gəlməsi, müstəqilliyin qorunması üçün göstərdiyi səylər, ölkənin ən ağır günlərində bu cür ağır məsuliyyəti öz üzərinə götürüb Azərbaycanın müstəqilliyini qoruması və apardığı islahatlar barədə danışdı, şəxsən baş verən bütün bu hadisələrin canlı şahidi olduğunu bildirib.

D.Seyidzadəbütün bunların gənc nəsil üçün həm dövlətçilik ənənələrini qavramaq, lazım gəlsə, özünü dövlətçilik uğrunda fəda vermək, həm də hər birinin boynuna düşən məsuliyyəti anlamaq baxımından bir nümunə olduğunu vurğulayıb.

Qeyd edək ki, GİKM-in şəhər və rayonlarındakı nümayəndəliklərində tez-tez tanınmış ictimai və siyasi xadimlərlə gənclərin görüşləri təşkil edilir. Məqsəd gənclərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini daha da dərindən mənimsəməsi işinə töhfə vermək, onların inkişafı və karyera seçimlərini dəstəkləməkdir.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək