“Qarabağın Azərbaycana qaytarılması...”


Dünya 14 Dek 2019 16:14:00 148 0

“Qarabağın Azərbaycana qaytarılması...”

"Ermənistan və Azərbaycan hazırda heç bir sənəd müzakirə etmir".

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan deyib.

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinə gəldikdə, Nağdalyan ölkəsinin işğalçı mövqeyindən geri çəkilməyəcəyini bir daha təkrarlayıb:

"Qarabağ münaqişəsinin nizamlanmasında əsas prinsipimiz Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınmasıdır. Öz müqəddəratını təyinetmə hüququ məhdudlaşdırılmadan həyata keçirilməlidir. Bu o deməkdir ki, Qarabağ xalqı öz statusunu Azərbaycanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü xaricində saxlamaq və həll etmək hüququna malikdir.

Bu hüququn həyata keçirilməsini təmin etməyən bütün təkliflər Ermənistan üçün qəbul edilə bilməz".