Bu meyvələri axşam yemək olmaz


Digərləri 14 Dek 2019 15:59:00 142 0

Bu meyvələri axşam yemək olmaz

Mövzu sağlamlıq və qida olduqda, gündəlik həyatımızda meyvə və tərəvəzlərə daha çox yer ayırmağın vacibliyi qeyd olunur.

Son.az bildirir ki, sağlam qidalanma üzrə ekspert-təlimçi Məhsəti Hüseynova meyvələrin zərərləri haqqında Teleqraf.com-a açıqlama verib.

Onun sözlərinə görə, bütün meyvələrin günün birinci yarısında yeyilməsi daha faydalıdır: "Gecə boyu orqanizm inkişaf etmək üçün enerji sərf edir. Bu enerjini bərpa etmək üçün səhər vitamin və minerallar qəbul edilməlidir. Tərkibində şəkər və kalori olan meyvələri günün birinci yarısında yemək lazımdır. Əks halda, şəkər enerji olaraq çıxmadığı üçün piylənməyə səbəb olur".

Ekspert banan, əncir, tut, ərik kimi meyvələrin səhər saatlarında istehlak edilməsinin daha faydalı olduğunu bildirdi: "Tərkibində şəkər və kalori yüksək olduğu üçün bu meyvələr kökəlmək istəyənlər üçün faydalıdır. Xüsusilə oturaq həyat tərzi keçirənlər bu meyvələrdən az istehlak etməlidir".

Məhsəti Hüseynova qeyd edib ki, qarpız axşam saatlarında yemək məsləhətdir: "Qarpız tez həzm olunur, tərkibindəki şəkər piy olaraq yığılmır. Eyni zamanda axşam yeyiləcək meyvələrə şaftalını əlavə edə bilərik. Axşam üçün həzm prosesində aktiv iştirak edir".