Xətai camaatı rahat nəfəs ala bilər:


Kriminal 14 Dek 2019 15:44:00 139 0

Xətai camaatı rahat nəfəs ala bilər:

Xətai rayon ərazisindəki 4 evdən oğurluqda şübhəli bilinən R.Namazov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən ümumilikdə 14.920 manat pul, 11.200 manat dəyərində qızıl-zinət əşyaları və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Namazov saxlanılıb.