Bakıda və 30 şəhərdə terakt təşkil edən Xalid Məhəmmədin


Dünya 14 Dek 2019 15:49:00 126 0

Bakıda və 30 şəhərdə terakt təşkil edən Xalid Məhəmmədin

Hazırda ömürlük həbsdə olan, dünyada ən azı 31 terror aktında adı keçən (bəzilər baş tutbayıb) Xalid Şeyx Məhəmmədin cinayətlər əməlləri illər keçdikdə açılmaqda davam edir.

Son.az Teleqraf.com-a istinadən bu dəhşətli terrorçunun dosyesini təqdim edir:

Xalid Şeyx Məhəmməd 1964-cü il martın 1-də Pakistanda doğulub. Onun keçmişi ilə bağlı informasiyalara yalnız ABŞ-ın federal hökumətinə aid raportlarda rast gəlmək mümkündür.

Bəzi qaynaqlar onun Küveytdə Pakistan kökənli ailədə doğulduğunu, Küveytdə liseydə oxuduğunu, habelə mediada "Müsəlman qardaşları" ilə bağlı informasiyalardan təsirlənərək cihada qoşulmaq niyyətinə düşdüyünü iddia edir.

Qeyri-rəsmi məlumatlara görə, Xalid Şeyx Məhəmməd 16 yaşında "Müsəlman qardaşları" hərəkatına qatılıb. 1983-cü ildə lisey məzunu olub və ABŞ-a gedib. Karolina ştatındakı Chovan Universitetinə daxil olub və 1986-cı ildə oranı bitirib. Viza müddətinin başa çatması ilə əlaqədar Pakistana qayıdıb.

Zorakılığa əsaslanan cihadı dəstəkləmək üçün "Müsəlman qardaşları"ndan ayrılıb. Qardaşları Zahid və Abidlə birlikdə Əfqanıstanda SSRİ-yə qarşı dirəniş göstərən mücahidlərə qoşulub. Abdullah Azzam tərəfindən qurulan düşərgədə təcrübə keçib. 1987-ci ildə Yaponiyada Maruzen adlı şirkətdə mühəndis kimi işləyib, amma bir ay sonra Əfqanıstana qayıdıb. 4 aydan sonra qardaşı Abid ilə birlikdə Pakistana gedib. Paşaver şəhərində müəllimlik edən Şeyx Məhəmməd 1992-ci ildə Pəncab Universitetində islam mədəniyyəti və tarixini öyrənib. 1993-cü ildə Qətərdə Elektrik və Su Nazirliyində layihə mühəndisi olaraq işləyib və burada evlənib.

Qətərdə 1996-cı ilə qədər işləyib, daha sonra Bosniya-Hersoqovinaya gedib. Adı çəkilən ölkənin xüsusi xidmət orqanının əməkdaşı "Fokus" qəzetinə deyib ki, Şeyx Məhəmməd 1995-ci ildə könüllü olaraq buraya gəlib və "Müsəlman qardaşları"na bağlı humanitar təşkilatda çalışıb. Burada vətəndaşlıq alıb.

1996-cı ildə Dünya Ticarət Mərkəzinə hücumda əli olduğuna görə, ABŞ kəşfiyyatı tərəfindən axtarıldığını bilib və buna görə Pakistana qaçıb. Əvvəl Pakistanın Kəraçi şəhərində gizlənib, sonra Əfqanıstana keçib. Və burada Usama bin Ladenin lideri olduğu "Əl-Qaidə" terror təşkilatına qoşulub.

1999-cu ildə "Əl-Qaidə"nin Qəndəhardakı media komitəsinə rəhbərlik edib. Faktiki olaraq terror təşkilatının təbliğatı ona tapşırılıb.

2003-cü ildə Pakistan xüsusi xidmət orqanları bəyan edib ki, Xalid Şeyx Məhəmmədi Ravalpind şəhərində keçirilən əməliyyat sayəsində tutublar. Qeyri-rəsmi iddialara görə, bu əməliyyatda Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Federal Təhqiqatlar Bürosunun (FTB) nümayəndələri də iştirak edib.

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf öz xatirlərində qeyd edir ki, Şeyx Məhəmməd həbs edildikdə 3 gün müddətində pakistanlı mütəxəssislər tərəfindən dindirilib, daha sonra ABŞ-a təhvil verilib. Onu Əfqanıstandakı MKİ-nin məxfi həbsxanasında dindiriblər.

Sorğu zamanı ABŞ-da hər hansı bir hadisənin baş verəcəyi təqdirdə övladlarının öldürüləcəyi təhdidinə Məhəmmədin "daha gözəl bir yerdə Allaha qovuşacaqlar" cavabını verdiyi məlumdur.

Terrorçu daha sonra Polşada olan MKİ-nin məxfi həbsxanasına etap olunub.

2006-cı ildə Qırmızı Xaç Komitəsinin rəsmilərinin verdiyi açıqlamaya görə, Məhəmmədə xüsusi paltar geyindirilib, gözləri bağlı, qulaqlarına səs keçirməyən qulaqcıq taxılıb, əl və ayaqları bağlı masada saxlanılıb. Hətta onun çılpaq formada kiçik otaqda saxlanıldığı, onu dindirən həkim və psixoloq tərəfindən 24 saat müşahidə altında tutulduğu da qeyd olunur.

Onun özü burada MKİ-nin üç mütəxəssisi tərəfindən dindirildiyini, bu zaman ona qarşı texniki aparatlardan istifadə olunduğu və onu sorğulayan şəxslərə Vaşinqtondan yaşıl işıq yandırıldığını, habelə özünü ağır günlər gözlədiyini qeyd edib.