Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib


Sosial 14 Dek 2019 15:35:00 116 0

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib

Təhsil Nazirliyi Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirib.

Təhsil Nazirliyi Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirib.

Nazirlikdən "Report"a verilən məlumata görə,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

Aksiya çərçivəsində Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi tərəfindən qeyd olunan ərazidə minədək badam ağacı əkilib.

Ağacəkmə aksiyasına “Bir” tələbə-könüllülər də qatılıb.

Qeyd edək ki, əkilən badam tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik müəssisələrində yetişdirilib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək