Saakaşvilinin iqamətgahı satıldı


Dünya 14 Dek 2019 15:34:00 119 0

Saakaşvilinin iqamətgahı satıldı

Gürcüstan hakimiyyəti "Biznes üçün 100 sərmayə təklifi" layihəsi çərçivəsində keçirilən hərracda sabiq prezident Mixail Saakaşviliyə aid olan iqamətgahı 7,5 milyon lariyə (2,7 milyon dollar) satıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın İqtisadiyyat naziri Natiya Turnavu deyib.

Satılan iqamətgahın Svaneti yüksək dağlıq regiondakı Mestiya qəsəbəsində yerləşdiyi bildirilib. İqamətgahın satış qiyməti başlanğıc qiymətindən 308% çox olub. Bu qiyməti dövlətə "Aiqvini Saxli" şirkəti ödəyə bilib.

Qeyd edək ki, Saakaşvilinin iqamətgahı 2011-ci ildə tikilib.