Bakıda “Mercedes” qəza törətdi, piyada öldü


Digərləri 14 Dek 2019 15:38:00 133 0

Bakıda “Mercedes” qəza törətdi, piyada öldü

Xətai rayonunun Nobel prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Xətai rayonunun Nobel prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 12-də saat 18 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini O.Cəfərli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Yalçın Adilovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 13-də orada ölüb.