Növbədənkənar parlament seçkilərində iştirak edəcək 71 nəfərin namizədliyi təsdiqlənib


Siyasət 14 Dek 2019 15:01:43 109 0

Növbədənkənar parlament seçkilərində iştirak edəcək 71 nəfərin namizədliyi təsdiqlənib

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün bu günə qədər daxil olan müraciətlərin sayı açıqlanıb.

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün bu günə qədər daxil olan müraciətlərin sayı açıqlanıb.

“Report” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bugünkü iclasda çıxışı zamanı 268 namizədin müraciət etdiyini deyib.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 71-nin namizədliyi artıq təsdiq olunub.

MSK sədri qeyd edib ki, müraciət edənlərdən 29-u artıq imza vərəqələrini götürüb.