Növbədənkənar parlament seçkilərində 71 nəfərin namizədliyi təsdiq olunub


Digərləri 14 Dek 2019 15:04:00 107 0

Növbədənkənar parlament seçkilərində 71 nəfərin namizədliyi təsdiq olunub

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 268 namizəd müraciət edib.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 268 namizəd müraciət edib. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib. M.Pənahov bildirib ki, həmin şəxslərin 71-nin namizədliyi artıq təsdiq olunub. Onlardan 29-u isə imza vərəqələrini artıq götürüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin