On ilin ən populyar klipləri


Digərləri 14 Dek 2019 14:34:00 152 0

On ilin ən populyar klipləri

"Youtube" on il ərzində ən populyar olan kliplərin reytinqini dərc edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, onluğun lideri 2017-ci ilin əvvəlində işıq üzü görən Luis Fonsi və Deaddy Yankinin ifasında olan "Despacito" mahnısıdır. İkinci yerdə Ed Sheeran - "Shape of You" kompozisiyası qərarlaşıb. Müğənninin digər mahnısı "Thinking Out Loud" isə onuncu yerdədir.

Bundan başqa siyahıda Justin Bieberin "Sorry", Katy Perrinin "Roar" və  "Maroon 5" qrupunun "Sugar" mahnılarına çəkilən klipləri də var.