ABŞ yeni raketlərin istehsalını artırır


İqtisadiyyat 14 Dek 2019 14:23:21 129 0

ABŞ yeni raketlərin istehsalını artırır

ABŞ yeni raketlərin istehsalını artırır

Pentaqon hərbi məhsullar istehsal edən “Lockheed Martin” şirkətinə JAGM (Joint Air-to-Ground Missile; havadan yerə) tipli yeni idarə olunan raketlərin istehsalını ikiqat artırmağı nəzərdə tutan müqavilə təqdim edib.

“Report” TASS-a istinadən xəbər verir ki, Pentaqonun verdiyi açıqlamaya görə, adıçəkilən raketlərin aylıq istehsalını 50-dən 100 ədədə çatdırmaq üçün şirkətlə bağlanan ilkin müqavilənin dəyəri 15,54 milyon dollar artırılıb. Floridanın Orlando şəhərində şirkətə məxsus müəssisədə zəruri yenidənqurma işlərinin 2022-ci il martın 30-dək başa çatacağı güman edilir.

Qeyd olunur ki, JAGM ABŞ ordusunun mühüm zərbə gücünü təşkil edən “AH-64E Apache Quardian” və “AH-64D Apache Lonqbow” tipli helikopterləri, habelə “MQ-1 Predator” dronları üçün əsas sursat sayılır. Bu raketlərin ilkin variantı olan “AGM-114R Hellfire II” idarə olunan raketləri 1985-ci ildən işlədilir.