İki cəsəd BU EVDƏN ÇIXDI Qonşu danışdı:


Dünya 14 Dek 2019 13:42:00 124 0

İki cəsəd BU EVDƏN ÇIXDI  Qonşu danışdı:

İstanbulun Beykoz adlanan ərazisindəki bir evdən iki meyit tapılıb.

Son.az AA-ya istinadən xəbər verir ki, biri kişi, biri qadın olmaqla cəsədi tapılan şəxslər barəsində "itkin" elanı verildiyi məlum olub. Araşdırma zamanı onların qaz sızmasından öldüyü ehtimal edilir.

Polis əməkdaşlarının apardığı araşdırma zamanı ölü tapılan 47 yaşlı F.Ç haqqında iki aydır, 64 yaşlı V.D. haqqında isə iki gündür "itkin" elanı verildiyi üzə çıxıb.

Evə girərək cəsədlərlə qarşılaşan qonşu "Telefonlarına oğlum zəng etdi, cavab vermədilər. Qışqırtı səsi gəlsə də, sonra səsimizə səs vermədilər. İçəri girməyə çalışdıq. Qapını açmağa cəhd etdik, evə girəndə gördük ki, biri kresloda uzanmış idi. Başı qan idi. Bir qadın da var idi yanında. Üstü örtülü idi. Evdən qaz iyi gəlirdi. İkisi də ölmüşdü artıq" deyib.