İranda dövlət rəsmilərinin səfərləri qadağan edildi


Digərləri 14 Dek 2019 14:27:00 126 0

İranda dövlət rəsmilərinin səfərləri qadağan edildi

İranda dövlət şirkətləri rəsmilərinin qeyri-zəruri səfərləri qadağan olunub.

Bakı. Elnur Bağışov - İranda dövlət şirkətləri rəsmilərinin qeyri-zəruri səfərləri qadağan olunub. Trend-in məlumatına görə, bununla bağlı İranın vitse-prezidenti İshaq Cahangiri göstəriş verib. Göstərişdə bildirilir ki, dövlət şirkətlərinin vəsaiti hesabına istənilən qeyri-zəruri, əlavə səfər və xərclər qadağan edilir. Qeyd olunur ki, bu göstəriş xərclərin azaldılmasına nəzarət qanununun tətbiqi və qənaət məqsədilə verilib.