Fermerlərə aqrar kredit üçün müraciəti onlayn etmək imkanı yaradılacaq


İqtisadiyyat 14 Dek 2019 14:05:30 68 0

Fermerlərə aqrar kredit üçün müraciəti onlayn etmək imkanı yaradılacaq

Fermerlər EKTİS vasitəsilə gübrə, sertifikatlı toxum sifariş edə, baytarlıq, fitosanitar xidmətlərdən yararlana, aqrar kredit almaq üçün müraciət edə biləcəklər

"Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS)fermerlərə yaratdığı üstünlüklər təkcə aqrar subsidiyaların bu sistem üzərindən verilməsi ilə yekunlaşmır. Subsidiyaların verilməsi bu mexanizmin yalnız bir hissəsidir. Fermerlər EKTİS vasitəsilə gübrə, sertifikatlı toxum sifariş edə, baytarlıq, fitosanitar xidmətlərdən yararlana, aqrarkredit almaq üçün müraciət edə biləcəklər".

"Report"Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu fikirləri nazir müavini İlham Quliyev Balakən, Zaqatala, Qax və Şəkidə EKTİS-in tətbiqi ilə bağlı keçirilən görüşlərdə deyib.

Nazir müavini bildirib ki, payızlıq əkinlərin bəyan edilməsi prosesi başa çatdıqdan və 2020-ci ilin büdcəsi açıldıqdan sonra subsidiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının "Fermer kartı"na köçürüləcək: "Subsidiyaların əvvəlki illərdən fərqli olaraq ilin əvvəlində verilməsi fermerlərə təsərrüfat xərclərini qarşılamaq üçün imkan yaradacaq. Fermer subsidiya vəsaitinin 25 faizini nağdlaşdıra biləcək, 75 faizini isə nağdsız əməliyyatlar vasitəsilə EKTİS üzərində gübrə, toxum, herbisid, pestisid almaq və sair aqrar xidmətlər üçün istifadə edə biləcək. EKTİS-in əsas hədəflərindən biri aqrar sahəyə ayrılan subsidiyaların məhz kənd təsərrüfatı fəaliyyəti üçün istifadə olunmasıdır. Fermer bu vəsaiti məhz aqrar sahəyə yönəltməlidir, 75 faiz vəsaitin nağdsız əməliyyatlara yönləndirilməsinin məqsədi budur".

İlham Quliyev qeyd edib ki, dekabrın 29-dan başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri 44 rayonda fermerlərlə seminar, müşavirələr, görüşlər keçiriblər: "Fermerlərimiz aqrar sahədə yeni çağırışları müsbət qarşılayır, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin fəaliyyət mexanizmini sürətlə mənimsəyirlər. Bunun nəticəsidir ki, bu günədək 228 min fermer artıq EKTİS-də payızlıq əkinləri bəyan edib. Bu rəqəm hər gün artır, fermerlər informasiya məsləhət xidməti almaq üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər. Bundan başqa bütün rayonlarda xüsusi təlim keçmiş mobil qruplar kəndlərə gedərək, fermerlərə qeydiyyatdan keçmək və payızlıq əkinləri bəyan etməkdə köməklik göstərirlər. Fermerlər bu prosesdə üzləşə biləcəyi hər hansı texniki problemlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər. Operatorlarımız EKTİS-in tətbiqi ilə bağlı fermerlərin suallarını dolğun şəkildə cavablandlracaqlar".

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin bölgələrdə görüşləri davam edir.

Tayvanda yanğın zamanı 7 nəfər ölüb like
  • 14 Dek 14:04  
Dünya Tayvanda yanğın zamanı 7 nəfər ölüb

Tayvanın cənubunda yerləşən Tainan şəhərində səhər saatlarında yaşa

arrow Ətraflı
22 illik evlilik bitdi like
  • 14 Dek 14:04  
Digərləri 22 illik evlilik bitdi

Britaniyanın məşhur aktyoru Kolin Fert 22 illik həyat yoldaşı Liviya Cudco

arrow Ətraflı
Fransada neftayırma müəssisəsində yanğın baş verib like
  • 14 Dek 13:59  
İqtisadiyyat Fransada neftayırma müəssisəsində yanğın baş verib

Fransada neftayırma müəssisəsində yanğın baş verib

arrow Ətraflı
Yeniyetmə qızın telefonunu əlindən aldılar, like
  • 14 Dek 13:59  
Dünya Yeniyetmə qızın telefonunu əlindən aldılar,

Türkiyənin Antalya şəhərində məktəbdə pəncərədən yıxılan şagird

arrow Ətraflı
Bu gün Azərbaycan və Almaniya kikboksçuları döyüşəcək like
  • 14 Dek 13:54  
Digərləri Bu gün Azərbaycan və Almaniya kikboksçuları döyüşəcək

Bu gün Almaniyada Azərbaycan və Almaniya kikboksçuları qarşı-qarşıya g

arrow Ətraflı
“Bəlkə, başqa London var, xəbərimiz yoxdur?” like
  • 14 Dek 13:54  
Şou-biznes “Bəlkə, başqa London var, xəbərimiz yoxdur?”

Müğənni Nigar Camal instaqramdakı paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Çin Trampı açıqaçkar hədələdi: “Bəlaya çevrilirsiniz” like
  • 14 Dek 13:49  
Dünya Çin Trampı açıqaçkar hədələdi: “Bəlaya çevrilirsiniz”

"Prezident Donald Tramp ABŞ-ı yenidən dünyanın bəlasına çevirdi&quo

arrow Ətraflı
FHN müşavirə keçirdi: Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi... like
  • 14 Dek 13:44  
Digərləri FHN müşavirə keçirdi: Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi...

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində F

arrow Ətraflı
İki cəsəd BU EVDƏN ÇIXDI  Qonşu danışdı: like
  • 14 Dek 13:42  
Dünya İki cəsəd BU EVDƏN ÇIXDI Qonşu danışdı:

İstanbulun Beykoz adlanan ərazisindəki bir evdən iki meyit tapılıb.

arrow Ətraflı
Əfqanıstanda “Taliban” silahlılarının hücumu zamanı 9 hərbçi ölüb like
  • 14 Dek 13:40  
Dünya Əfqanıstanda “Taliban” silahlılarının hücumu zamanı 9 hərbçi ölüb

Əfqanıstanın şərqində yerləşən Qəzni əyalətində ötən axşam bir q

arrow Ətraflı
Azərbaycanda xizək mövsümünə start verildi like
  • 14 Dek 13:39  
Digərləri Azərbaycanda xizək mövsümünə start verildi

"Şahdağ" Turizm Mərkəzində xizək mövsümünə start verilib.

arrow Ətraflı
Azərbaycanlılar Gürcüstanda həmyerlilərini öldürüb Rusiyaya qaçdılar like
  • 14 Dek 13:34  
Kriminal Azərbaycanlılar Gürcüstanda həmyerlilərini öldürüb Rusiyaya qaçdılar

Rusiyanın Sankt-Peterburq şəhərində öz həmyerlilərini öldürən azərba

arrow Ətraflı