İran XİN: Azərbaycan regional proseslərdə önəmli ölkədir


Digərləri 14 Dek 2019 14:07:00 141 0

İran XİN: Azərbaycan regional proseslərdə önəmli ölkədir

Azərbaycan regional proseslərdə önəmli ölkədir.

Bakı. Elnur Bağışov - İran Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əməkdaşlıq etməyə hazırdır. Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi Təbrizdə keçirilən mətbuat konfransında deyib. A.Musəvinin sözlərinə görə, Azərbaycan regional proseslərdə önəmli və İrana dost ölkələrdən biridir. Nazirlik rəsmisi əlavə edib ki, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin yollarından biri vətəndaşların səfəri ilə əlaqədar maneələrin azaldılmasıdır. XİN rəsmisi qeyd edib ki, Naxçıvan Muxtar Respublikası İran vətəndaşlarına vizanı ləğv edib və bunun bütün Azərbaycana şamil olunması üçün müzakirələr davam edir. Onun sözlərinə görə, Təbriz şəhəri qonşu ölkələrlə ticarət münasibətlərində qütbə çevrilə bilər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin