Yeniyetmə qızın telefonunu əlindən aldılar,


Dünya 14 Dek 2019 13:59:00 128 0

Yeniyetmə qızın telefonunu əlindən aldılar,

Türkiyənin Antalya şəhərində məktəbdə pəncərədən yıxılan şagird ölüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 13 yaşlı Ayşəgül Çelik Manavqat rayonunda oxuduğu məktəbin üçüncü mərtəbəsindən yıxılıb.

Dərhal xəstəxanaya çatdırılan məktəblinin həyatını xilas etmək mümkün olmayıb.

Onun internet vasitəsi ilə Dənizlidə yaşayan bir oğlanla tanış olduğunu öyrənən ailəsinin mobil telefonunu əlindən aldığı və oğlanla əlaqəsinin kəsildiyi iddia edilib.

Bundan başqa, onun oğlan dostu ilə İzmirdə görüşmək üçün aldığı bileti anası ləğv etdirib.