Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi tədbirləri gücləndirilməlidir - FHN (FOTO)


Digərləri 14 Dek 2019 13:23:00 167 0

Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi tədbirləri gücləndirilməlidir - FHN (FOTO)

FHN Dövlət Yanğından Mühafizə Xidmətində “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsi ilə bağlı əməliyyat müşavirəsi keçirilib

Bakı. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə cari ilin 10 dekabrda Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. FHN-dən Trend-ə verilən məlumata görə, müşavirədə çıxış edən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov ümumilikdə xidmətin təşkili, şəxsi heyətin döyüş və peşə hazırlığının daha da yüksəldilməsi, baş vermiş yanğınların daha az itkilərlə qarşısının alınması və operativ söndürülməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Sonra DYMX-nin rəis müavini polkovnik Rza Xudiyev dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsi ilə əlaqədar geniş məruzə edib. Bildirib ki, mürəkkəb yanğınlar kateqoriyasına aid edilən bu yanğının söndürülməsi təlimata uyğun qaydada təşkil edilib, itkilərin minimuma endirilməsi məqsədilə bütün mümkün tədbirlər görülüb.