Azərbaycanda xizək mövsümünə start verildi


Digərləri 14 Dek 2019 13:15:00 152 0

Azərbaycanda xizək mövsümünə start verildi

“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib.

Qusar. İlhamə İsabalayeva - “Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib. Trend-in məlumatına görə, bununla əlaqədar Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə "Şahdağ" Turizm Mərkəzinə KİV nümayəndələri üçün press-tur təşkil olunub. Press-tur çərçivəsində media nümayəndələri “Şahdağ” Turizm Mərkəzindəki hotellər və digər turizm obyektləri ilə tanış olublar. Media nümayəndələri yaradılan infrastruktur, turizm və xidmət obyektlərinin fəaliyyəti, gələcək planlar haqqında ətraflı məlumatlandırılıblar.