Sabunçuda mağazanın seyfindən 1000 manat pul oğurlanıb


Sosial 14 Dek 2019 12:36:56 113 0

Sabunçuda mağazanın seyfindən 1000 manat pul oğurlanıb

Xəzər rayonunun Qala qəsəbəsi ərazisindəki mağazalardan birinin seyfindən pul oğurlanıb

Xəzər rayonunun Qala qəsəbəsi ərazisindəki mağazalardan birinin seyfindən pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, hadisə dekabrın 12-də baş verib.

Qala qəsəbəsi ərazisindəki mağazaların birindən seyfdən 1000 manat pulun oğurlanması barədə 1-ci Polis Şöbəsinə müraciət daxil olub. 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.İsmayılov saxlanılıb.