Bakıda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb
Sosial 14 Dek 2019 12:43:35 147 0
Xətai rayon ərazisindəki 2 evdən qızıl-zinət əşyaları və pul oğurlayan şəxs saxlanılıb
Xətai rayon ərazisindəki 2 evdən qızıl-zinət əşyaları və pul oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-ci Polis Bölməsinin əməkdaşları daxil olmuş müraciətlər əsasında əməliyyat keçirib.
Əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki 2 evdən, ümumilikdə, 13 720 manat dəyərində qızıl-zinət əşyaları, 100 ABŞ dolları və 200 rubl oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Namazov saxlanılıb.
Mənbə: report.az