Müxbir qız canlı yayımda biabır oldu


Digərləri 14 Dek 2019 12:54:00 171 0

Müxbir qız canlı yayımda biabır oldu

Gənc müxbir standap zamanı pis vəziyyətə düşüb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Corciya ştatında yaşayan Alex Bozarjian adlı qadın müxbir idman yarışından reportaj hazırlayarkən 43 yaşlı kişinin əxlaqsız hərəkətinə görə canlı yayımda biabır olub.

Belə ki, idmançılar müxbirin yanından keçərkən kameraya əl ediblər. Bu əsnada, 43 yaşlı idmançı Aleksin yanından keçərkən onun ombasına şillə vurub.

Həmin anlar efirdə yayımlanıb. Pis vəziyyətdə qalan müxbir bir neçə saniyəlik duruxsa da, sonradan yayımı kəsmədən həmin adamın ünvanına sərt ifadələr işlədib. O, daha sonra həmin şəxslə bağlı polisə müraciət edib.