Tekfen şirkəti “SOCAR Polymer”in 10 faiz səhmini alıb


Digərləri 14 Dek 2019 12:48:07 125 0

Tekfen şirkəti “SOCAR Polymer”in 10 faiz səhmini alıb

SOCAR-ın Baş ofisində Türkiyənin Tekfen şirkəti SOCAR Polymer şirkətinin səhmlərinin bir hissəsinin almasına dair sənəd imzalayıb.

Bakı. SOCAR-ın Baş ofisində Türkiyənin Tekfen şirkəti SOCAR Polymer şirkətinin səhmlərinin bir hissəsinin almasına dair sənəd imzalayıb. SOCAR-dan Trend-ə verilən məlumata görə, satılan səhmlərin 5 faizi SOCAR-a, 5 faizi isə “Paşa Holding”ə aid olub. Sənədi SOCAR Overseas şirkətinin direktoru Firudin Həsənov və Tekfen Holding idarə heyətinin sədri Murat Gigin imzalamışlar. Xatırladaq ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkətdir. “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədi ilə 2013-cü ildə təsis edilmişdir. “SOCAR Polymer” kompleksi illik istehsalat gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan iki zavoddan ibarətdir. 2015-ci il oktyabrın 25-də Prezident İlham Əliyevin iştirakı ilə yeni texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli qoyulmuşdur. “SOCAR Polymer” layihəsi çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də olub, yüksək sıxlıqlı polietilen zavodu isə 18 fevral 2019-cu il tarixində ölkə başçısının iştirakı ilə istismara verilmişdir.