Dallas sakini bir saniyədə milyonçu oldu


Dünya 14 Dek 2019 11:59:00 114 0

Dallas sakini bir saniyədə milyonçu oldu

Dallas sakini Raş Ballunun hesabına bank tərəfindən səhvən 37 milyon dollar pul köçürülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, R.Ballun bank hesabındakı məbləği görərək şoka düşüb və bu barədə öz həyat yoldaşına deyib, o isə öz növbəsində bank ilə əlaqə saxlayıb.

Bankdan bildiriblər ki, müştəri xarici valyutada depozit edib: "Məzənnənin dəyişikənliyi səbəbindən bütün xarici valyuta üzrə əməliyyatlar sistemə əl ilə daxil edilməlidir. Bu zaman bankın əməkdaşı məbləğin yazılmalı olduğu yerə hesab nömrəsini daxil edib".