Bakıda avtobus qəzaya uğradı,


Digərləri 14 Dek 2019 11:19:00 120 0

Bakıda avtobus qəzaya uğradı,

Bakıda daha bir marşrut avtobusu qəzaya uğrayıb.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub.

Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili göndərilib. Qəzadan 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazımi yardım göstərilib, müalicələri davam edir.