BNA Bakıda marşrut avtobusunun qəzaya uğraması barədə məlumat yaydı


Digərləri 14 Dek 2019 11:04:00 131 0

BNA Bakıda marşrut avtobusunun qəzaya uğraması barədə məlumat yaydı

Bakı Nəqliyyat Agentliyi marşrut avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Bakı. Samir Əli - Bakı Nəqliyyat Agentliyi (BNA) marşrut avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb. Agentlikdən Trend-ə verilən məlumatda bildirilir ki, bu gün səhər saat 09:00 radələrində Suraxanı qəsəbəsi “Daş yol” adlanan küçədə yol nəqliyyat hadisəsi baş verib. Belə ki, KİA markalı minik avtomobili əks hərəkət istiqamətinə çıxaraq 104 nömrəli müntəzəm marşrut xətti üzrə (Dövlət Qeydiyyat Nişanı 90 OJ 542) sərnişin avtobusu ilə toqquşub. 104 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı Nazim Qəhrəmanovun verdiyi məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb.