Bakıda kirayə evlər sürətlə bahalaşır


Digərləri 14 Dek 2019 10:59:00 171 0

Bakıda kirayə evlər sürətlə bahalaşır

Bakıda ötən ay torpağın qiyməti azalıb.

Son.az əbər verir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, noyabr ayı ərzində torpaq bazarında 0.14 azalma müşahidə olunub.

Ekspertin sözlərinə görə, fərdi yaşayış və bağ evlərinin qiymətində də 0.91 faiz, kommersiya obyektlərinin qiymətində 0.69 faiz azalma qeydə alınıb.

Lakin ötən ay kirayə mənzil bazarında 2.4 faiz artım olub, obyektlərin icarəsi bazarında isə artım 6.21 faiz təşkil edib. Ötən ay ərzində ümumən daşınmaz əmlak bazarında 0.11 qiymət azalması olub.