Bahalı qəza: Bakıda “Infiniti”i ilə “Mitsubishi” toqquşdu


Digərləri 14 Dek 2019 10:34:00 221 0

Bahalı qəza: Bakıda “Infiniti”i ilə “Mitsubishi” toqquşdu

Bakının Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi  baş verib. 

Son.az APA-ya istinadən xəbər verir ki, "Infiniti" markalı avtomobili idarə edən xanım sürücü 3-cü mikrorayon dairəsində "Mitsubishi" markalı avtomobilə çırpılıb. "Infiniti"yə ciddi ziyan dəyib. Hadisədən sonra xanım sürücü "Mitsubishi"nin sahibi ilə mübahisə edib. 

Əraziyə əvvəlcə Yol Patrul Xidmətinin, sonra isə Post Partul Xidmətinin əməkdaşları cəlb edilib. Xanım sürücü sənədlərini təqdim etməkdən boyun qaçırıb. Hər iki sürücünün izahatı alınıb.