Dallas sakini bir saniyədə milyonçu oldu


Digərləri 14 Dek 2019 10:29:56 133 0

Dallas sakini bir saniyədə milyonçu oldu

Dallas sakini Raş Ballunun hesabına bank tərəfindən səhvən 37 milyon dollar pul köçürülüb

Bakı. Dallas sakini Raş Ballunun hesabına bank tərəfindən səhvən 37 milyon dollar pul köçürülüb. Trend-in "Ren TV"yə istinadən verdiyi məlumata görə, R.Ballun bank hesabındakı məbləği görərək şoka düşüb və bu barədə öz həyat yoldaşına deyib, o isə öz növbəsində bank ilə əlaqə saxlayıb. Bankdan bildiriblər ki, müştəri xarici valyutada depozit edib: "Məzənnənin dəyişikənliyi səbəbindən bütün xarici valyuta üzrə əməliyyatlar sistemə əl ilə daxil edilməlidir. Bu zaman bankın əməkdaşı məbləğin yazılmalı olduğu yerə hesab nömrəsini daxil edib".