Bakıda ana və qızı qətlə yetirilib


Sosial 14 Dek 2019 10:08:23 158 0

Bakıda ana və qızı qətlə yetirilib

Bakının Sabunçu rayonunda ana və qızı qətlə yetirilib.

Bakının Sabunçu rayonunda ana və qızı qətlə yetirilib.

Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, hadisə dekabrın 13-də qeydə alınıb.

Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri aşkar edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.