QLED 8К incə tərtibatda yüksək keyfiyyətli görüntü


Digərləri 14 Dek 2019 10:00:00 131 0

QLED 8К  incə tərtibatda yüksək keyfiyyətli görüntü

Müasir televizorlar ən yüksək keyfiyyətli təsviri ötürməyə qadirdir, bu isə daha parlaq və daha dəqiq görüntü deməkdir.  Lakin, Samsung-un QLED texnologiyası ilə təchiz olunmuş yeni 8K seriyası sayəsində ekrandan izlədiyiniz görüntü canlanaraq daha təbii təsvirdən zövq almanıza imkan yaradır. Beləliklə, sözü gedən yeni televizorlar  8K keyfiyyətli təsviri yayımlamağa qadirdir. Belə ki, qeyd edilən bu cihazların ekranında 4K keyfiyyətli görüntü ötürən televizorlarla müqayisədə 4 dəfə daha çox piksel ifadə edilir. Belə olduğu halda əgər 4K üçün bu 3840 × 2160 pikselli icazə deməkdirsə, 8K seriyasında bu göstərici 7680 × 4320 piksel təşkil edir. Daha çox piksel daha çox nano nöqtələrin ekranda ötürülən təsvirin incə çalarlarının ifadə etməsi sayəsində dəqiq görüntünün yayımlaması deməkdir.  QLED 8K daha canlı görüntü yayımlamaqla yanaşı, müxtəlif mənbələrdən ötürülən və istənilən keyfiyyətdə təqdim edilən görüntünü 8K keyfiyyətinə yaxın təsvirə çevirə bilir. Süni zəka üzərindən işləyən xüsusi Quantum prosessor, real vaxt çərçivəsində, hər səhnədə ayrı ayrılıqda ötürülən təsvirin keyfiyyətini artırmağa kömək edir. Ötürülən siqnalı "oxuyaraq" prosessor onu üç addıma yaxşılaşdırır. İlkin mərhələdə "ağıllı maşın" ümumi fonu əsas təsvirdən ayıraraq, təqdim edilən siqnalı diaqonala uyğun şəkildə "uzadır" və görüntünün üç fəzalı təəssürat bağışlaması üçün çatışmayan pikselləri avtomatik əlavə edir.

Həmçinin QLED 8К HDR 10+ texnologiyasını dəstəkləyir ki, onun sayəsində süni zəka optimal rəng ötürmə göstəricilərini tənzimləyərək, təzadlıq və dəqiqliyi hər kadra uyğun şəkildə seçir. Diaqonalı 98 " təşkil edən modellərdə isə maksimal parlaqlıq rekord göstərici olan 4000 nits-ə qədər çatır! Beləliklə, ötürülən səhnənin parlaqlığından asılı olmayaraq izləyici hər bir xırda detaldan zövq ala bilir.

Bundan əlavə, QLED 8K Ultra Viewing Angle texnologiyası sayəsində daha da geniş görüntü bucağı təqdim edir. Ekranın ikiqat  örtüyü işığı düzgün istiqamətə yönəltməklə yanaşı bərabər şəkildə displey üzərində paylaşdıraraq onun itkisini minimuma endirir.

Müasir və qabaqcıl texnologiyaların təcəssümü olmasına baxmayaraq yeni QLED 8K televizorları sadə qara haşiyəyə alınmış böyük ekran və yanlarda quraşdırılmış incə dayaqlarla  ifadə olunan  minimalistik üslubda ərsəyə gətirilmişdir. Əlavə olaraq mühəndislər burada One Connect görünməz qoşulmasını da tətbiq etmişdirlər. İndi televizor qoşulmalarının hər biri cihazla xüsusi paylayıcıya qoşulan tək naqil vasitəsi ilə əlaqə yaradır. Beləliklə, televizora nə qədər əlavə cihaz qoşmağınızdan asılı olmayaraq, dolaşıq kabel problemi yaşamadan, onları  asanlıqla  bir rəfə və ya dolaba gizlədə bilərsiniz.