Xalq artisti “Zaur”la bağlı xatirələrindən danışdı


Kriminal 14 Dek 2019 10:19:00 792 0

Xalq artisti “Zaur”la bağlı xatirələrindən danışdı

"Uşaqlığın son gecəsi" filmində "Zaur" obrazını canlandıran Qorxmaz Atakişiyev vəfat edib. Bir zamanlar aktyorla eyni filmdə çalışan Xalq artisti Ənvər Həsənov onunla bağlı xatirələrindən danışıb.

Xalq artisti "ölkə.az"a bildirib ki, Atakişiyev çox gözəl, istiqanlı insan olub.

"Qorxmaz çox gözəl insan idi. Mən onunla cəmi bir dəfə "Uşaqlığın son gecəsi" filmində çalışmışam. Bizi filmin rejissoru Arif Babayev tanış etmişdi. Mərifətli, qanacaqlı, kollektivə qarşı hörmətlə yanaşan biri idi. Dost-tanışına qarşı istiqanlı adam idi. Çox təəssüf ki, Qorxmaz aktyorluqla məşğul deyildi, o, tamam fərqli bir sahədə fəaliyyət göstərirdi. Mən ancaq çəkilişlər zamanı onunla ünsiyyətdə olmuşam. Çəkilişlər 3-4 ay davam etdi, sonralar çox təəssüflər olsun ki, biz tez-tez görüşə bilmədik".

Əməkdaşımızın "Son dəfə nə zaman görüşmüsünüz" sualına "Dəqiq xatırlamıram, amma bu təxmini 30 il bundan əvvəl olub",- deyə Xalq artisti bildirib.