Morales Argentinada Boliviyanın sərhədi yaxınlığında yaşayacaq


Dünya 14 Dek 2019 09:49:00 115 0

Morales Argentinada Boliviyanın sərhədi yaxınlığında yaşayacaq

Boliviyanın sabiq prezidenti Evo Morales Argentinanın San-Ramon-de-la-Nueva-Oran şəhərində yaşayacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, E.Moralesin yaşayacağı şəhər Boliviya sərhədi yaxınlığında yerləşir.

Bildirilir ki, Boliviyanın sabiq prezidenti şəhərdə gələn həftə məskunlaşacaq və oradan öz partiyasının 2020-ci il seçkilərində prezidentlik kampaniyasına rəhbərlik edəcək.