Türkiyə Azərbaycana polad ixracını 16 faizədək artırıb (ÖZƏL)


Digərləri 14 Dek 2019 09:48:21 130 0

Türkiyə Azərbaycana polad ixracını 16 faizədək artırıb (ÖZƏL)

2019-cu ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,94 faiz artaraq 108,767 milyon dollar təşkil edib

Bakı. Rufiz Hafizoğlu - 2019-cu ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,94 faiz artaraq 108,767 milyon dollar təşkil edib. Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər. Noyabr ayında polad ixracı 2018-ci ilin noyabrı ilə müqayisədə 30,77 faiz artıb və 10,653 milyon dollara bərabər olub. Bu ilin 11 ayı ərzində Türkiyədən Azərbaycana ixrac 1,429 milyard dollar təşkil edib. Bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 9,13 faiz çoxdur. Noyabr ayında Türkiyədən Azərbaycana ixrac 157,499 milyon dollara bərabər olub ki, bu da ötən ilin noyabrı ilə müqayisədə 24,76 faiz çoxdur.