Rusiyadan LiviyaTürkiyə anlaşmasına reaksiya


Dünya 14 Dek 2019 09:06:00 150 0

Rusiyadan LiviyaTürkiyə anlaşmasına reaksiya

İki ölkə ilə ortaq məxrəc tapmağa çalışırıq.

Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko Aralıq dənizi üzrə Türkiyə-Liviya anlaşmasını şərh edərkən deyib.

"Demək olar ki, hər gün aktiv siyasi dialoq aparıb, bizim nöqteyi-nəzərimizdən mühüm olan regional təhlükəsizliklə bağlı bütün mövzuları müzakirə edirik. Liviya da siyasi əlaqələrimizin mərkəzindədir. Ümumi məxrəc axtarışındayıq", - deyə diplomat bildirib.