Lövendən çağırış: Breksitə hazır olun...


Dünya 14 Dek 2019 09:08:00 109 0

Lövendən çağırış: Breksitə hazır olun...

İsveçin Baş naziri Stefan Löven Avropa İttifaqı (Aİ) ölkələrini Breksitə hazır olmağa çağırıb.

Son.az axar.az-a istinadən bildirir ki, Böyük Britaniya İcmalar Palatasında növbədənkənar seçkilərin nəticələri açıqlandıqdan sonra İsveç hökumətinin başçısı bəyan edib ki, Birləşmiş Krallığın Aİ-dən çıxmasına qədər müddətdə problemlərin həlli üçün Avropa ölkələrinin o qədər də çox vaxtı qalmayıb.

İsveç hökumətinin başçısı Britaniyanın Leyboristlər Partiyasının seçkilərdə bu qədər pis nəticə əldə etməsindən məyus olduğunu da bildirib. Onun sözlərinə görə, cümə axşamı keçirilən seçkilərin nəticələri Böyük Britaniya ilə Aİ arasında gələcək münasibətlərə müəyyən aydınlıq da gətirir. Aİ Şurasının Brüsseldə keçiriləcək iclasında iştirak etmək üçün yola düşən Baş nazir jurnalistlərə deyib:

"Böyük Britaniyanın Aİ-ni tək etməsi çox kədərlidir, lakin biz buna hörmətlə yanaşmalıyıq və indi prosesdən maksimum faydalanmaq üçün hazırlaşmalıyıq".