Humanitar təşkilatın 4 üzvü öldürülüb


Dünya 14 Dek 2019 08:47:00 96 0

Humanitar təşkilatın 4 üzvü öldürülüb

Nigeriyanın şimal-şərqində iyul ayında girov götürülmüş "Aclığa qarşı hərəkat" qeyri-hökümət humanitar təşkilatının 4 üzvü öldürülüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın saytında yerləşdirilən məlumatda deyilir.

Məlumatda deyilir: "Aclığa qarşı hərəkat" qəti şəkildə bu dörd qətli qınayır və təşkilatın girovların sərbəst buraxılması ilə bağlı çağırışlarının dinlənilməməsindən təəssüflənir".