Rəqəmsal yayım sektorunun lideri kim olacaq?


Digərləri 14 Dek 2019 08:21:00 152 0

Rəqəmsal yayım sektorunun lideri kim olacaq?

Son olaraq, Apple TV+ və Disney+-ın daxil olduğu rəqəmsal yayım sektorunda işlər xeyli qızışıb. Bəs sektorun lideri kim olacaq? EMarketer-in təhlilinə görə, Netflix və YouTube üçün qarşıdakı bir neçə il olduqca çətin olacaq.

Təhlillərə əsasən Netflix-in gündəlik video izləmə müddəti içindəki payı bu il 27% ilə zirvəyə çatacaq və sonra iki ildə 25,7% -ə düşəcəkdir. Şirkət, 2017-ci ildə 26,6% paya sahib olan və 2021-ci ildə kəskin şəkildə 21,7% -ə düşəcək olan YouTube-dan qabaqda yer alacaq.

Son.az techland.az-a istinadən bildirir ki, rəqəmsal video sektorunda yeni rəqabət olacağını öngörən rəqəmsal tədqiqat şirkəti- eMarketer-in verdiyi məlumata görə, yeni video axın xidmətləri Netflix-in oturacağını silkələməyə başlayıb, Netflix-in bazar payının bir hissəsini oğurlamağı bacarır. Hesabatlarda deyilir ki, uzun müddətdir lider olan Netflix və YouTube ekran paylarını artırmağa davam edəcəklər, lakin sənaye balansları bir qədər dəyişə bilər.