iPhoneda ən çox yüklənən mobil tətbiqlərin siyahısı açıqlandı


Digərləri 14 Dek 2019 08:11:00 143 0

iPhoneda ən çox yüklənən mobil tətbiqlərin siyahısı açıqlandı

Bu il iPhone-da ödənişsiz şəkildə ən çox yüklənən mobil tətbiqlərin siyahısı açıqlanıb.

Siyahıda ilk yeri "Mario Kart Tour" mobil tətbiqi tutur. Sözügedən oyun qısa müddətdə "Call of Duty: Mobile" və "Fortnite" kimi dünyaca məşhur oyunları geridə qoyub.

Növbəti yerlərdə isə ardıcıl olaraq, "Color Bump 3D", "aquapark.io", "Call of Duty: Mobile", "BitLife - Life Simulator", "Polysphere - art of puzzle", "Wordscapes", "Fortnite", "Roller Splat!" və "AMAZE!!" oyunları olub.

Eyni zamanda, iPhone üçün ən çox satılan oyunların da adı açıqlanıb.