ABŞda Trampın digər liderlərlə söhbətlərini dinləyənlərin sayı azaldılıb


Dünya 14 Dek 2019 08:06:00 113 0

ABŞda Trampın digər liderlərlə söhbətlərini dinləyənlərin sayı azaldılıb

Ağ Ev son aylar ərzində ölkə prezidenti Donald Trampın digər dövlətlərin liderləri ilə söhbətlərini dinləməyə icazəsi olan şəxslərin sayını azaldıb.

Son.az Trend-ə istinadən bildirir ki, ABŞ administrasiyasının məqsədi bu söhbətlərlə bağlı məlumatların sızmasının qarşısını almaqdır.

Məlumata əsasən, hazırda D.Trampın danışıqlarını ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen, onun müavini Mett Pottinger, ABŞ dövlət katibi Mayk Pompeo, Ağ Ev apparatının rəhbəri vəzifəsini icra edən Mik Malveni və onun müavini Rob Bler.