“Apple” şirkəti 1992ci ildən sonra ilk dəfə “CES” sərgisində iştirak edəcək


Digərləri 14 Dek 2019 07:41:00 109 0

“Apple” şirkəti 1992ci ildən sonra ilk dəfə “CES” sərgisində iştirak edəcək

"Apple" şirkəti 1992-ci ildən sonra ilk dəfə hər il Las-Veqasda keçirilən və aparıcı istehlak elektronikası istehsalçılarını bir araya gətirən "CES" sərgisində iştirak edəcək.

Son.az ictnews.az-a istinadən bildirir ki, "CES 2020" sərgisində yeni məhsulların nümayişini nəzərdə tutmayan şirkətin məxfilik məsələləri üzrə baş direktoru Ceyn Horvat bunun əvəzinə istifadəçilərin fərdi məlumatlarının mühafizəsinə həsr edilən "dəyirmi masa"da çıxış edəcək.

Bildirilir ki, müzakirələrdə, həmçinin "Facebook" şirkətinin məxfilik üzrə vitse-prezidenti Erin İqan, "Procter & Gamble" şirkətinin qlobal məxfilik üzrə mütəxəssisi Süzan Şuk və ABŞ Ticarət Komissiyasının (FTC) komissarı Rebekka Sloter iştirak edəcəklər.

"Dəyirmi masa" iştirakçılarının məxfilik, o cümlədən məxfiliyin lazımi səviyyədə təmini, dövlət tənzimləməsi və məxfilik proqram təminatlarının istehlakçılara təsiri ilə bağlı məsələləri müzakirə edəcəyi nəzərdə tutulur.