Narkoloji dispanserdə yanğın olub, ölən və yaralananlar var


Dünya 14 Dek 2019 07:45:00 134 0

Narkoloji dispanserdə yanğın olub, ölən və yaralananlar var

Rusiyanın Tümen şəhərində narkoloji dispanserdə yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yanğın nəticəsində 1 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.

Bildirilir ki, yanğın zamanı 13 nəfər xilas edilib, 116 nəfər isə təxliyə edilib.

Məlumata əsasən, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.