“Xiaomi” şirkəti qabaqcıl qurğulara rəqib yeni ucuz smartfonunu təqdim edib


Digərləri 14 Dek 2019 07:31:00 133 0

“Xiaomi” şirkəti qabaqcıl qurğulara rəqib yeni ucuz smartfonunu təqdim edib

"Xiaomi"nin törəmə brendi olan "Redmi" Çində keçirilmiş tədbirdə "Redmi K30" smartfonunu təqdim edib. İstehsalçı bu smartfonu qabaqcıl cihazların rəqibi kimi xarakterizə edib.

Son.az ictnews.az-a istinadən bildirir ki, Çin şirkətinin qurğusu "Full HD " təsvir ölçülü, tərəflər nisbəti 20:9 və yenilənmə tezliyi 120 hers təşkil edən 6,67 düymlük IPS ekranla təchiz edilib. Ekranın sağ yuxarı küncündə 20 və 2 meqapiksellik ikiqat ön kameralar quraşdırılıb. Aparatın arxa panelində dörd sensorlu əsas kamera yerləşdirilib. Əsas modulun təsvir ölçüsü 64 meqapiksel, əlavə sensorlarda isə müvafiq olaraq 5, 8 və 2 meqapikseldir.

"Redmi K30" smartfonu "Qualcomm Snapdragon 765G" prosessoru ilə təchiz edilib, beşinci nəsil şəbəkələrini dəstəkləyir. Daxili "Snapdragon X52 5G" modemi dördüncü nəsil şəbəkələrində saniyədə 1,2 qiqabitədək, beşinci nəsildə isə saniyədə 3,7 qiqabitədək yükləmə sürətini təmin edir. "Redmi" şirkəti bəzi bazarlar üçün cihazın yalnız "4G" dəstəkli versiyasını çıxaracaq.